“Siz də mini ətək geyinib, soyunub, …”
Mersində vəhşicəsinə qətl edilən Özgecan Aslan cinayəti ilə əlaqədar atdığı Tweet-ə görə qınaq obyektinə çevrilən müğənni Nihat Doğana Azərbaycandan da reaksiyalar gəlib.
Sosial şəbəkədə soydaşlarımız gün boyunca tənqidi Twett-lər yazıblar.
Məşhur türk müğənnisinin cinayət hadisəsi ilə bağlı yazdıqları Azərbaycan dilinə tərcümə edilib və bundan sonra kəskin reaksiyalar gəlməyə başlayıb.
Nihat Doğanın fikirlərinin qəti əleyhinə olan azərbaycanlı istifadəçilər sosial şəbə vasitəsi ilə Türkiyə xalqına dəstək mesajları yazıblar.
Qeyd edək ki, 20 yaşlı Özgecan Aslanın öldürülməsindən sonra Nihat Doğan sosial şəbəkədə fikirlərini yazıb: “Siz də mini ətək geyinib, soyunub əxlaqsız manyaklar tərəfindən təzavüzə uğrasanız bar-bar bağırmayacaqsınız”.
Sözügedən statusdan sonra qarşılaşdığı sərt reaksiyalardan çəkinən müğənni tvitini silib. Ancaq bu addımda Türkiyə ictimaiyyətinin müğənniyə qarşı münasibətini dəyişməyib. Nihat Doğan Türkiyədə bir canlı efirə qoşularaq ağlaya-ağlaya üzr istəyib.
“Əgər mənim bu tvitim Özgəcanı qətlə yetirən vəhşiləri müdafiə etmək kimi qəbul edilirsə, bütün Türkiyədən üzr istəyirəm! Mənim anam qadındır, anamın saçının bir telinə zərər gəlirsə özümü yandıraram. Bütün türk qadınları mənim anam-bacımdır”, – deyə müğənni söyləyib.