!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtlılar ayağa qalxır – İcra başçısının zülmü sahibkarları hərəkətə keçirir

!Reklam – Yazi

1441884007_tehsil-12İcra başçısı ticarət obyektlərini çökdürmək üçün məxfi plan hazırlayıb; sahibkarlar isə aksiyaya hazırlaşır

Sülh küçəsində avtomobillərin dayandırılmaması qadağası nə məqsədi daşıyır?

Zakir Fərəcov Sumqayıtda “sahibkar üsyanı” yetişdirir – FOTOREPORTAJSumqayıt bineyi-qədimdən kasıb, fəhlə şəhəri olub. Onu tikəndə öncə Bakıya “köməkçi” qismində düşünüblər. Lakin sonradan şəhər sənaye müəssisələrinin, buraya Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin SSRİ-nin müxtəlif yerlərindən olan axın nəticəsində böyüməyə, inkişaf etməyə, çiçəklənməyə başlayıb. SSRİ dağıldıqdan sonra, zavod və fabriklər də məhvə məhkum olub. Hazırda yarım milyonluq əhalisi olan Sumqayıtda 1-2 zavod fəaliyyət göstərir ya göstərmir, onlar da əvvəlki – tam gücü ilə yox.

Heç kimə sirr deyil ki, əhalinin böyük əksəriyyəti qazanc dalınca hər gün Sumqayıtdan Bakıya üz tuturlar. Qışın soyuğunda, yayın istisində bəzən saatlarla avtomobil tıxaclarında qalmağa məcbur və məhkum olan sumqayıtlılar səmərəli vaxtlarını, ailələrinə ayırmalı olan diqqətlərini, mənəvi istirahətlərini də çörəkpulu uğrunda çoxdan qurban veriblər. Fəqət, illər öncə Sumqayıtda qalıb işləməyi, Bakıya yaxud digər yerlərə getmək istəməyən, yaxud bunu bacarmayan sumqayıtlılar Sumqayıtda iş yerləri tapdılar. Bunlar biznes – ticarət məkanları oldu. “Karvan”, “Cavid” və “Sumqayıt” kimi ticarət mərkəzləri alış verişə, satıcılığa üstünlük verən şəhər sakinlərinin daimi iş yerinə, qazanc məybəyinə çevrildi. Ölkəyə gələn neft pullarının artması nəticəsində bu gəlirlər bir az da artdı, biznes mühiti də nisbətən yaxşılaşdı. Amma ardıcıl 2 il “Karvan” ticarət mərkəzinin 2 dəfə yan(dırıl)ması bu inkişafa müəyyən fəsadlar verdi, təxminən 2 min icarədar və satıcı iş yerindən məhrum oldu. Bu böyük ticarət mərkəzinin işini dayandırması Sumqayıt iqtisadiyyatına və memarlığına böyük zərbə vurdu… Zərər çəkən, qazancını itirən Sumqayıt sakinləri ya şəhərin digər ticarət mərkəzlərində icarə yeri tapmağa, yaxud müxtəlif küçə və xiyabanlarda obyekt tikməyə başladılar.

Sumqayıtda çökən biznes mühiti

Zakir Fərəcov Sumqayıtda “sahibkar üsyanı” yetişdirir – FOTOREPORTAJHələ ötən ilin əvvəllərindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, cari ildə manatın devalvasiyası, iş yerlərinin azalması, kütləvi ixtisarlar Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da mənfi təsirlərini göstərməyə başladı. Sumqayıt Texnologiyalar Parkından, “Azərikimya”nın zavodlarından, Sumqayıt Trikotaj Fabriki, həmçinin su, qaz və işıq idarələrindən ümumilikdə minlərlə işçı ixtisara düşdü. Bu da onminlərlə ailənin maddi cəhətdən çıxılmaz duruma düşməsi deməkdir. Üstəlik, onsuz da zəif olan biznes mühiti də geriləməyə, alış veriş zəifləməyə istiqamət aldı.

Sentyabr ayında şəhərə yeni icra başçısı – Zakir Fərəcov təyin olunduqdan sonra sumqayıtlıların qəlbində ümidlər yarandı. İcra başçısı müxtəlif sahələr üzrə genişmiqyaslı işlərə, təmir-tikinti fəaliyyətinə başladı. Qısa müddət ərzində işlərin miqyası və sürəti artmağa başlasa da, yeni başçı gözlənilməz qadağalar, yeni qərarlar qəbul etməyə başladı. Bunlardan ən acınacaqlısı Sumqayıtda qeyri-hökumət işlərində çalışan – ticarətlə məşğul olan sumqayıtlılar üçün oldu.

Zakir Fərəcov Sülh küçəsinin təmirinə başlayanda, yolun şəhərin girəcəyindən ta “Göyərçin” abidəsinədək hər iki tərəfdən 5 metr genişləndirilməsi qərarını verəndə, küçə boyunca avtomobillərin dayandırılmasına da qadağa qoydu. Sumqayıt haqqında az-çox məlumata malik hər kəs bilir ki, şəhərin “bel sütünu” – əsas alış-veriş məskəni Sülh küçəsidir. Burada avtomobil parkinqinə qadağanın qoyulması, onsuz da maddi cəhətdən geriləyən kiçik və orta sahibkarları bir az da çətin duruma saldı. Hazırda Sumqayıt Şəhər Polis İdarəsinin yol patrul xidmətinin əməkdaşları küçə boyunca keşik çəkərək, 1 dəqiqə də olsun avtomobillərin dayanmasına icazə vermirlər. Artıq şəxsi avtomobillə buraya gəlib alış-veriş etmək mümkün deyil. Bu da təbii ki, alış verişin azalmasına dəlalət edir…

Zakir Fərəcov Sülh küçəsinin təmirinə başlayanda, yolun şəhərin girəcəyindən ta “Göyərçin” abidəsinədək hər iki tərəfdən 5 metr genişləndirilməsi qərarını verəndə, küçə boyunca avtomobillərin dayandırılmasına da qadağa qoydu. Hansı ki, bu qərar Sumqayıtın 50-60 illik ağaclarının kəsilməsi hesabına başa gəlidi. Baxmayaraq ki, ümummilli lider Heydər Əliyev “Əgər bir ağac kəsilərsə, elə bilirəm ki, mənim qolum kəsilir” demişdi. Bundan başqa Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva “hərəyə bir ağac əkək” kompaniyasına start verdiyi halda Sumqayıtda ağacların kəsilməsinə nə kimi ehtiyac vardı. Sumqayıt haqqında az-çox məlumata malik hər kəs bilir ki, şəhərin “bel sütünu” – əsas alış-veriş məskəni Sülh küçəsidir. Burada avtomobil parkinqinə qadağanın qoyulması, onsuz da maddi cəhətdən geriləyən kiçik və orta sahibkarları bir az da çətin duruma saldı. Nəzərə almaq lazımdır ki, həmin ərazidə bizneslə məşğul olanlar həm də vergi ödəyiciləridir. O zaman verilən qərarın büdcəyə nə dərəcədə təsir etdiyini anlamaq çətin deyil. Hazırda Sumqayıt Şəhər Polis İdarəsinin yol patrul xidmətinin əməkdaşları küçə boyunca keşik çəkərək, 1 dəqiqə də olsun avtomobillərin dayanmasına icazə vermirlər. Artıq şəxsi avtomobillə buraya gəlib alış-veriş etmək mümkün deyil. Bu da təbii ki, alış verişin azalmasına dəlalət edir…

Qərar öz “effekt”ini verməkdədir

Zakir Fərəcov Sumqayıtda “sahibkar üsyanı” yetişdirir – FOTOREPORTAJSavash.org-un əldə etdiyi məlumata görə, Sülh küçəsində yerləşən “Ən ucuz market”, “Technom”, “İdeal” parfumeriya və kosmetika mağazası, “Manas” ayaqqabı dükanı, “Romantic”, “Forte” kimi geyim dükanlarının alış-veriş göstəricisi 40-50 faizədək enib. Bunu dükan sahibləri və satıcılar saytımızın əməkdaşı ilə söhbətlərində də təsdiqləyiblər. Onlar onsuz da çətin olan iqtisadi böhran şəraitində satışın yarıbayarı aşağı düşməsindən çox narahatdırlar. Bir çox dükanlardakı satıcılar faizlə işlədiyindən bu, onların ailə büdcəsinə birbaşa təsir göstərməkdədir. Aydın məsələdir ki, həmin dükanlar və marketlər onlarla sumqayıtlı üçün həm də iş yeridir və durum belə davam edərsə, qazanc yerlərinin itirilməsi ilə nəticələnəcək.

Bu qərar “Sumqayıt” və “Cavid” ticarət mərkəzinin icarədarlarına isə daha mənfi təsir göstərib. Artıq hər ötən gün bu ticarət mərkəzlərində çalışan icarədarlar sözügedən qərardan ciddi narazılıqlarını bildirir, onsuz da çətin maliyyə böhranı, banklara xeyli miqdarda kreditlərinin olduğu bir dövrdə adıçəkilən qadağanın sahibkarlığa vurulan böyük zərbə kimi qiymətləndirirlər. Hətta onların etiraz aksiyası keçirmək istədikləri barədə də xəbərlər dolaşmaqdadır.
Bu küçədə qazanc əldə etmək istəyən taksi sürüncüləri də etiraz edirlər. Onlar daim yol polisi əməkdaşlarının onları narahat etməsindən, bu küçədə saxlamağa icazə verməməsindən gileylənirlər.

İlham Əliyevin sahibkarlara mane olanlara münasibəti

Zakir Fərəcov Sumqayıtda “sahibkar üsyanı” yetişdirir – FOTOREPORTAJSavash.org xatırladır ki, ölkə başçısı İlham Əliyev dəfələrlə sahibkarlara, biznes adamlarına mane olanlara qarşı sərt mövqe göstərib. “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”, – prezident İlham Əliyev Sumqayıta rəsmi səfəri zamanı belə deyib. Ölkə başçısı Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxış edərək bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır: “Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”. İlham Əliyev bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklərin göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu bildirib və əlavə edib ki, bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. İlham Əliyev sahibkarlığın inkişafının vacibliyindən də danışıb: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”.

Həyətlər böyük dayanacaqlara çevrilib, fövqəladə hallar zamanı təhlükə artıb
Artıq Zakir Fərəcovun bəlli qadağasından sonra əsasən Sülh küçəsi, həmçinin Heydər Əliyev prospekti, Nəriman Nərimanov və 20 Yanvar küçələrində yerləşən məhəllə və mikrorayonların həyətləri əsl avtomobil dayanacağına çevrilib. Bu da həyətlərdə boş yerin qalmaması, narahat gediş-gəlişə, uşaqların oynamaq üçün boş meydançaların qalmamasına gətirib çıxarıb. Xüsusən Sülh küçəsində, 34-cü məhəllənin həyətlərində qanunsuz olaraq Bakı-Sumqayıt istiqaməti üzrə müştəri səsləyən mikroavtobus sürücüləri də bu problemi bir az da artırırlar. Sakinlərin narazılıq etdiyindən artıq bəzi həyətlərin girişlərində avtomobillərin daxil olub park edilməməsi üçün taxta, dəmir dirəklər vurulub. Hətta bu yaxınlarda həmin həyətlərdən birində avtomobilin uşağı vurması xəbəri də yayıldı, xoşbəxtlikdən uşaq sağ qaldı.

Zakir Fərəcov Sumqayıtda “sahibkar üsyanı” yetişdirir – FOTOREPORTAJProblem isə bununla bitmir. Həyətlərin avtomobillərlə “dolması” yanğın təhlükəsizliyi ilə bağlı ciddi həyəcan siqnalı verməlidir. Belə ki, bu ərazilərdə istənilən fövqəladə hal, tutalım, yanğın baş verən zaman girişlər qapalı olduğundan yanğınsözndürən maşınların daxil olmasına böyük əngəllər yaranacaq və bu da istər-istəməz bədbəxt hadisənin miqyasının böyüməsinə rəvac verəcək.

Sülh küçəsi ilə bağlı digər anlaşılmaz məsələ marşrut atvobusların məhz bu küçədə “qanunla işləməsi” tapşırığıdır. Belə ki, naməlum səbəbdən sözügedən küçədə avtobuslar yalnız dayanacaqda sərnişin mindirib düşürə bilər. Bu barədə avtobus sürücüləri məlumat verib. Onlar digər küçələrdə isə azad olduqlarını, “dayanacaqdan dayanacağa” prinsipinin işləməməsini də sözlərinə əlavə ediblər.

Başçı bu qərarı niyə verib?

Savash.org-a sızan məlumata görə, Zakir Fərəcov Sülh küçəsinin ticarət obyektlərindən tamamilə təmizlənməsi niyyətindədir və məlum qərar bu məqsədlə ortaya atılıb. İcra başçısı bu işi yavaş-yavaş, addım-addım reallaşdırmaq istəyir. Əldə etdiyimiz məlumata görə icra başçısı bu qərarı həqiqətən də orada yerləşən ticarət obyektlərinin satışının zəifləməsi, onların müflisləşməsi, sonrada obyekti bağlayaraq buradan uzaqlaşmaq məcburiyyətində qalması məqsədi ilə verib. Görəsən, icra başçısı bu addımı atanda buradakı sahibkarların, icarədarların, evinə hər ay bir tikə çörək aparan işçilərin maliyyə gəlirlərinin əvəzini necə kompensasiya etmək istəyir. Yaxud, bu barədə heç düşünürmü? “Sülh küçəsinin başından baxanda ayağında Göyərçin abidəsi görünməlidir” kimi bir tapşırıq alıb və bu şayiə şəklində Sumqayıtda yayılıb. İcra başçısının məhz buna görə məlum qərarı verdiyi söylənilir.

Azərbaycanın digər yerlərindən gələn qonaqlar da bu qərarı qəribə, təəccüblə, bəzən isə gülüşlə qarşılayırlar.

Çıxış yolu var!

Zakir Fərəcov Sumqayıtda “sahibkar üsyanı” yetişdirir – FOTOREPORTAJQadağanı gözlənilməz, tələsik və məntiqsiz hesab edən ekspertlər, şəhər sakinləri öncə əks tədbirlərin görülməsinin vacibliyini söyləyirlər. Axı yaranan fəsadları qarşılayacaq alternativ tədbirlər görülməyib. Belə ki, öncə parkinq üçün yer ayrılmalı, daha dəqiq, yeraltı dayancaq tikilməli, sonra bu addım atılmalı idi. Belədə şəhər sakinləri avtomobillərini saxlamağa yer tapa bilmirlər. Yeraltı dayanacaqlar Sumqayıtda demək olar ki, mövcud deyil. Amma icarədarlardan əldə etdiyimiz məlumata görə, “Cavid” ticarət mərkəzinin Nizami meydanı olan hissəsində yeraltı dayanacaq mövcuddur. Lakin bura giriş imkanları məhduddur, çünki avtomobillər yeraltı dayanacağa girmək üçün meydanın girişində düzülən hündür bardürləri aşmalıdır. Hər halda şəhər rəhbərliyi ilə bu məsələdə ortaq məxrəcə gəlmək olar.
“Karvan” T/M-də də belə yeraltı dayanacaq var. Lakin təəssüf ki, həmin məkan heç vaxt öz profili üzrə işləməyib, hazırda da ora ayaqqabı bazarı kimi fəaliyyət göstərir. Əldə etdiyimiz məlumata görə srağagündən başlayaraq artıq Sumqayıtın “Karvan” ticarət mərkəzi ətrafında da parklama qadağası verilib. Bu onsuz da mövcud olan ağır durumun bir az da dərinləşməsinə yol açıb.

Orxan HƏSƏNLİ
SAVASH.ORG

P.S. Sumqayıtın mərkəzi küçələrində parkinq yerləri, yeraltı dayanacaqlar olmadığı təqdirdə bu qərar Sumqayıtda ticarətlə məşğul olan şəxslərin durumlarının bir az da ağırlaşmasına, nəticədə böyük sahibkar, icarədar, taksi sürücüləri ordusunun böyüməsini sürətləndirdi.

P.S.S. Bu yazının yazılmasında məqsəd ölkə prezidenti İlham Əliyevin çıxışındakı xüsusu məqama da söykənir: “Dövlət qurumları sahibkarlığın inkişafına maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”
Bu yazıda məqsəd Zakir Fərəcovun fəaliyyətini tənqid etməlk deyil, sadəcə məlum qadağanın törədə biləcəyi fəsadlarla bağlı öncədən xəbərdarlıq etmək, ictimai nəzarəti bir az da fəallaşdırmaqdır.

COP29

www.yenicag.az

1129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv