“Qadağalar olacaq. Mahnıya baxanda bilirsən ki, bu mahnını kim oxuya bilər, kim yox. Hər halda hər müğənniyə mahnı verilməyəcək, yalnız sayseçmələr Ramilənin musiqilərini ifa edə biləcək”.
Yenicag.az xəbər verir ki, tanınmış rejissor və klipmeyker Rəhman Əliyev bu fikirləri yeni çalışmağa başladığı bəstəkar Ramilə Nağıyeva barədə söyləyib.
Ramilənin iki mahnısına bəstələnmiş “Yalnış addım” kompozisiyası və Nurlan Təhməzlinin ifa etdiyi “Duysun dünya” adlı mahınların ekran versiyası təqdim olunub. Hər iki kip Rəhman Əliyevin rejissor yozumunda ərsəyə gəlib. Mahnının oranjemanını Əvəz Muradov edib.
Uzun müddət Rusiyada yaşayan bəstəkar şou-biznesə qatılmayacağını, qalmaqallardan uzaq olacağını bildirib:
“İstəmirəm geyimim, şəxsi həyatım, eləcə də dedi-qodu və qalmaqallarla gündəm olum. Buna ehtiyacım da yoxdur. Çünki gündəm üçün sənətin olması kifayət edir”.
O, klassik janrda musiqilər bəstələsə də, bu dəfə estrada janrına müraciət etdiyini deyib.
Cəvahir
www.yenicag.az