Tatlısəsə iradlar gəlib

media-hightechnic-468x90

ibTürkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses biabırçı səhvə yol verib.

İbo Twitter səhifəsində Türk dünyasının atası sayılan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü yad etmək istəyib.

Tanınmış müğənni yazısında Atatürkün adında səhv buraxıb. Bu da müğənniyə baha başa gəlib. Sosial şəbəkədə paylaşımdan sonra İbrahim Tatlısesə çoxsaylı iradlar yazılıb.

İbo səhvini düzəltmək istəsə də, daha böyük səhvə yol verib. Müğənni yenidən Twitter səhifəsində yenidən üzrxahlıq mesajı yazıb. Bu mesajda isə müğənni buraxdığı hərf və söz səhvləri ucbatından nə demək istədiyini ifadə edə bilməyib.

“Üzr istəyirəm, mən Oksford universitetini bitirmədiyim üçün bu səhvləri buraxmışam” yazmaq istəyən müğənni bunu belə yazıb: ‘Özür dilerim tabikide ATATÜRK benim okfort mezunu olmama verin.!’

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600