Tədbirdə dava düşdü-Fotolar
Şotlandiyada təşkil olunan “İNAA şotland saç və gözəllik mükafatları” tədbiri qalmaqalla bitib.
Təşkilatçı Ruthan Reydlə tamaşaçılardan biri arasında başlamış mübahisə davaya çevrilib.
Qlazqoda lüks otellərdən birində keçirilən mərasim zamanı baş verən davanın görüntüləri yayılandan sonra Reyd üzr istəyərək təşkilatçılıqdan istefa verib.
Qeyd edək ki, davaya səbəb aparıcının mükafat almaq üçün səhnəyə yanlış adamı çağırması olub. Daha əvvəl mükafatını almış markalardan birinin adı təkrar səsləndiriləndə xaos yaranıb. Reyd “aparıcımız qalibi səhv elan etdi” deyərək həqiqi qalibi səhnəyə dəvət edib, lakin zalda uğultuların yüksəlməsi, qonaqlardan birinin səhnəyə çıxaraq onu təhqir etməsi dava ilə nəticələnib.
Çəkilmiş kadrlarda Reydin qonaq qadına hücum edərək onu başı ilə vurduğu görünür.