Telli Nanənin verilişini tərk etdi-Video

media-hightechnic-468x90

Безымянныйiophjkrety-300x179Ötən gün “ATV” telekanalında aparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan, “Mənə bir az ondan danış” verilişinin qonağı aşıq Telli Borçalı olub. Telli, öncəliklə, aşıq sənətinə gələnə qədər çox böyük əziyyətlər çəkdiyini açıqlayıb.

“Atam daima mənə dəstək olub. O insan dinə, imana, Allaha, saza və sözə bağlı şəxs idi. Həmişə mən saz çalanda anam qışqırardı. Amma atam deyirdi ki, uşaqdı, həvəsi varsa qoy məşğul olsun. Anam isə məni çox döyürdü, həddindən çox. Heç vaxt aşıq olmağımı istəmirdi. Çox istəyərdim ki, bu günlərimi atam görə biləydi. O mənimlə fəxr edərdi, ancaq əfsus ki, atam yanımda deyil.”

Verilişin sonlarına yaxın Nanə studiyaya Telli üçün bir nəfərin gəldiyini açıqlayıb. Bunu eşidən aşıq sanki gələn şəxsin kimliyindən xəbərdarmış kimi, aparıcıya bunun imkansız olduğunu deyib.

“Nanə bu imkansızdır. Sən onu bura çağıra bilməzsən. Bil ki, o burdadısa mən elə indi studiyanı tərk edəcəyəm.”

Bundan sonra aşıq studiyanı ağlayaraq tərk edib. Bir neçə dəqiqə studiyada tək oturan Ağamalıyeva daha sonra aşıq Tellinin yanına gedib.

Həqiqətən də Telli üçün studiyaya bir şəxs gəlmişdi. Lakin onu görən aşıq Borçalı ağlamağa davam etsə də, həmin şəxsin kimliyini açıqlamayıb.

Rəvan Nasiroğlu

Verilişdən olan videogörüntünü təqdim edirik:(a24.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600