Reklam

Reklam

Tanınmış prodüser Təranə Səmədova borc içində üzür. Prodüserin indiyədək banklara nə az, nə çox, düz 100 min borcu olub. O, bu məbləğin yarısından çoxunu hələ də ödəyə bilmir.

Yenicag.az-a açıqlama verən Təranənin sözlərinə görə, hətta bu vəziyyət belə onu ruhdan salmır:

“Dünya malı dünyada qalacaq. Qürurumu həmişə uca tutmuşam. Mənə kömək etmək üçün gedib kiminsə qarşısında ağlamamışam. Bilirəm ki, indi bu yazının da altında çoxlu şərhlər yazıb, qanımı qaraldacaqlar. Yazacaqlar ki, “ağlamıram deyirsən, amma ağladın”. Adama deyərlər ki, ağladım-ağlamadım, gətirib mənim borcumu ödəyən deyilsən ki?! Ona görə də yazılacaq şərhlər heç vecimə də deyil. Əgər problemlər maddiyyatla bağlıdırsa, zaman-zaman həll olunacaq. Buna görə dərd çəkmək lazım deyil. Düzdür, borcum çoxdur. Bunun içində avtomobil krediti, biznes fəaliyyəti üçün götürdüyüm pullar da var. Eyni zamanda, dırnaqarası dostlarım da oldu ki, onlara görə götürdüyüm borcu da ödəyirəm. Bu gün mənə yalnız ailəm kömək edir və özüm özümə dəstəyəm. Çünki dostlar pulun varsa, sənin yanındadır. Amma mən güclü qadınam, bütün bunlar məni depressiyaya salmır”.

Təranə borclarına görə, məhkəmələrə düşdüyünü də gizlətmədi:

“Dollarla kreditim vardı, verə bilmədim, məbləğ böyüdü. Hətta bankların birindən özüm xahiş etdim ki, məni məhkəməyə versinlər. Çünki məhkəmə qərar çıxaranda heç olmasa, borc toplanır, faiz yığılmır”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2547
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.