Türkiyənin Marmaris vilayətinində, Muğla-Antalya magistral yolunda turistlərlə dolu olan avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Yeniçağ.Az “APA”-ya istinadən xəbər verir ki, bu barədə Muğlanın valisi Əmir Çiçək bildirib.
“Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən yaralılardan bir neçəsi də dünyasını dəyişib. Hazırda ölənlərin sayı 23-ə, yaralananların sayı isə 8-ə çatıb”, – deyə vali qeyd edib.
***
Türkiyədə ağır qəza baş verib.
Yeniçağ.az xarici KİV-ə istinadən xəbər verir ki, Muğla-Antalya yolunda turistləri daşıyan avtobus dərəyə aşıb. Hadisə nəticəsində 17 nəfərin öldüyü, 13-nün isə yaralandığı bildirilir.
Yeniçağ.Az
www.yenicag.az