!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəliəhd fransız sarayını aldı - 300 milyon dollara (FOTOLAR)

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman dünyanın ən bahalı evini – fransız sarayını alıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında korrupsiya ilə mübarizə çərçivəsində onlarla şahzadə və dövlət xadimi həbs olunub. Belə bir zamanda məlum olub ki, vəliəhd bədxərcliyinə görə heç də digər şahzadələrdən geri qalmır, əksinə o, israfçılıqda birincidir. Məhəmməd bin Salman Fransada Versal sarayının yaxınlığında yerləşən möhtəşəm imarət üçün tam 300 milyon dollar ödəyib. “Forbes” jurnalı “Chateau Louis XIV” (XIV Luinin imarəti) adlı tarixi tikilini “dünyanın ən bahalı evi” adlandırıb. İmarətdə 3 min şüşəlik şərab otağı, kinoteatr, açıq və qapalı hovuz, iki böyük zal, bir gecə klubu və akvarium otağı var. Həmçinin, lüks evdə 200 qızıl örtüklü çilçıraq var. Evin ümumi ərazisi 5 min kvadrat metrdir.

300 milyon dollarlıq həmin evin fotolarını təqdim edirik:

 

COP29

www.yenicag.az

3193
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv