Vətəndaşların nəzərinə!

media-hightechnic-468x90

t0fGoxKKYh49Sabah (5 avqust) saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, “Zirə-3”, “Dübəndi sobaları” və “28 May”, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Quba” Qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan, eləcə də Pirallahı rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Quba rayonunun qaz təchizatına təsir göstərməsi də mümkündür.

media-ziraat-728x90

Vətəndaşların nəzərinə!

media-hightechnic-468x90

87361Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarında və Bakı şəhəri Xəzər rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600