“Vəziyyət müharibəyə doğru gedir”

media-hightechnic-468x90

mubariz_ehmedoglu_1Sergey Lavrovun səsləndirdiyi fikirlər iki tezisdən ibarətdir. Birinci tezis ondan ibarətdir ki, Rusiya müharibənin olmasını heç ağlına da gətirmir. Bu düzgün yanaşmadır. Qarabağda müharibənin baş verməsi Rusiya üçün təhlükəlidir.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünən Moskvada səsləndirdiyi fikirləri şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Qarabağda müharibə başlayarsa, bir müddətdən sonra bu Şimali Qafqaza keçə bilər: “Müharibə alovlanarsa, bütün Qafqaz regionunu Rusiyanın təsiri altından çıxara bilər. Hesab edirəm ki, Lavrov bu bəyanatı ilə demək istəyir ki, münaqişə tezliklə öz həllini tapmalıdır”.

M.Əhmədoğlu qeyd edib ki, Lavrov bir şeyi qəbul etmir ki, “münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur” kimi bəyanatların artıq effekti yoxdur. İllər boyu ATƏT-in Minsk qrupu, Rusiya, ABŞ, Avropa İttifaqı bu bəyanatı səsləndirib: “Amma münaqişə regionunda vəziyyət müharibəyə doğru gedir. İnsidentlərin sayı artır, iri çaplı silhalardan istifadə edilir”.

Politoloq vurğulayıb ki, Lavrovun səsləndirdiyi ikinci tezis isə qarşılıqlı məqbul variantdır: “Lavrovun dediyi reallaşacaqsa, bu Azərbaycanı qane edə bilər. Rusiya qarşılıqlı məqbul həll deyəndə 7 rayonun Azərbaycana qaytarılması və kommunikasiyaların bərpasını istəyir. Rusiya ilə Ermənistan arasında mal dövriyyəsində müəyyən problemlər yaşanır”.

Onun sözlərinə görə, bu iki dövlət arasında etibarlı kommunikasiya vasitəsi yoxdur: “Avtomobil yolu Gürcüstanın ərazisindən keçir. O da Rusiyada o qədər də inam yaratmır. Rusiya çalışır ki, 7 rayonu Azərbaycana qaytarmaqla Mehri dəmir yolu fəaliyyətə başlasın. Yenə SSRİ dövründə olduğu kimi Rusiya-Ermənistan əlaqələri Azərbaycan vasitəsilə qurulsun”.

Politoloq bildirib ki, Ermənistan təminat verir ki, 7 rayonu qaytaraq, lakin Qarabağın statusunun müəyyən edilməsi 15-20 il yubansın: “Bu variant Azərbaycanı qane edə bilər. Çünki Dağlıq Qarabağ ətrafı Azərbaycana qaytarılandan sonra Dağlıq Qarabağda ermənilərin qalması çətin məsələdir. İnanmıram ki, ermənilər Lavrovun dedikləri ilə razılaşsın”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600