Xalq artisti ürəyindən əməliyyat olundu

media-hightechnic-468x90

56997_res_01Azərbaycanın tanınmış mədəniyyət xadimi, görkəmli tarzən, xalq artisti Ramiz Quliyev ürəyindən cərrahi əməliyyat olunub.

Bu barədə xalq artistinin özü bildirib.

Səhhətinə problem yaranan xalq artisti deyib ki, hazırda özünü yaxşı hiss etsə də həkimlərin tapşırığı ilə bir ay mətbuata çıxa bilməyəcək.

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci ildə Ağdamda anadan olub.

Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və digər öikələrdə konsertlər verib.

1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1993-cü ildə “Humay” milli mükafatına, 2001-ci ildə “Ilin fədakar sənətçisi” fəxri adına layiq görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600