Yanğın zamanı telekanallar nə göstərirdi?-Video
Bu gün Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada baş verən verən yanğında xeyli sayda ölən və yaralananlar oldu. Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, yanğın zamanı 16 nəfər ölüb, 60-dan çox yaralı var.
Xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən yanğınla bağlı ölkə ictimayyətini məlumatlandırmaq əvəzinə, yerli televiziya kanalları efirləri şou, çal-çağır proqramları ilə zəbt etdilər.
“A24.az” Media Təqib Mərkəzi ilə birgə Azərbaycan televiziya kanallarında – AzTV, “Lider” TV, “Xəzər” TV, “Space” TV və digərlərində monitorinq aparıb. Monitorinqin nəticələrini oxuculara təqdim edirik:(a24.az).