“Yaxşı ki, Türkiyə Avropa Birliyinin üzvü deyil”
“Türkiyə illərdir Avropa Birliyinin qapısını döyür, bu təşkilatın üzvü olmaq istəyir”
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri,politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq fikirlərini davam etdirirək bunları qeyd edib:
“Ancaq son hadisə göstərdi ki, yaxşı ki, Türkiyə Avropa Birliyinin üzvü deyil. Çünki Türkiyə birliyin üzvü olsaydı, Rusiyaya qarşı sanksiyalara qoşulmaq məcburiyyətində qalacaqdı. Bu halda isə Ankara nə Rusiyadan ucuz qaz ala biləcəkdi, nə Qara dənizin dibindən yeni boru xətti çəkilişinə nail olacaqdı, nə də ki, Rusiya bazarına kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edəcəkdi. Bir sözlə Ukrayna böhranı və Qərb-Rusiya qarşıdurması indiki halda Avropa Birliyinin üzvü olmayan Türkiyənin işinə yaradı”.