Yerli inşaat məhsulları idxal məhsulunu üstələyib
Ramil Osmanov: “Hazırda təklif portfelinin 60 faizini yerli tikinti materialları təşkil edir”
Son illər Azərbaycanda tikinti prosesinin geniş vüsət alması inşaat materiallarına tələbatın artmasına da gətirib çıxarıb. Bu fonda ölkə daxilində də yerli inşaat məhsulları istehsal edilməsinə başlanılıb.
Görəsən, inşaat sistemində yerli məhsulların bazarda həcmi nə qədərdir?
Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanov Yenicag.az-a açıqlamasında bildirdi ki, hazırda sözügedən sektorda yerli məhsulların həcmi idxal məhsulunun həcmini xeyli dərəcədə üstələyib: “Azərbaycanda tikinti sektoruna diqqətin artması ilə tikinti materiallarının istehsalı da xeyli dərəcədə güclənib. 2007-2008-ci illərə qədər Azərbaycana idxal olunan tikinti materiallarının həcmi təklif portfelində 60-ın 40-a nisbətində fazi göstəricisinə görə irəlidə idisə, indi bunun əksidir. Hazırda təklif portfelinin 60 faizini yerli tikinti materialları təşkil edir. Bu da son illər Azərbaycanda tikinti materialları istehsalının gücləndirilməsi, xaricdən gətirilən bəzi tikinti materiallarının anoloji yerli məhsulların istehsalı ilə əvəzlənməsi fonunda ölkə daxilində sıxışdırılıb çıxarılması ilə bağlıdır”.
ELÇİN