“Yumurta”-nın təqdimatı keçiriləcək-Foto
Nizami Kino Mərkəzində “Yumurta” milli komediya filminin qala-gecəsi keçiriləcək.
Yenicag.az xəbər verir ki, rejissor Ramil Adiloğlu fantastik- absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Arif Quliyev, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.
“Yumurta” filmi arxeoloq Tapdıqın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. İyirmidən artıq tanınmış aktyoru özündə cəmləşdirən “Yumurta” Gülüş bayramı günü – aprelin 1-də tamaşaçıya maraqlı süjet və bol gülüş vəd edir.
Qala-gecəsinə filmin rejissoru Ramil Adiloğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri qatılacaqlar.
Filmdən əvvəl, yaradıcı qrup media nümayəndələri və tamaşaçılarla görüşmək üçün səhnəyə çıxacaq.