“Zirə” mübarizəni dayandırdı, “İnter” Lüksemburqda biabır oldu

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, Azərbaycanın iki klubu “İnter” və “Zirə” də meydana çıxıb.

Avroliqanın debütantı “Zirə” səfərdə 1:3 hesabı ilə məğlub olduğu Rumıniya “Astra”sını qəbul edib. Qarşılaşma ərzində qapılara top vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Ayxan Abbasovun komandası mübarizəni elə ikinci mərhələdə dayandırmalı olub.

“İnter”ə isə ümidlər böyük idi. Lakin, Bakıda “Fola”ya 1:0 hesabı ilə qalib gələn sabiq “bankirlər” cavab matçında ümidləri doğrultmayıb. Lüksemburq təmsilçisi Azərbaycan klubunu 4:1 hesabı ilə biabır edib. Bu nəticədən sonra Zaur Svanadzenin komandasının növbəti mərhələ arzusu arzu olaraq da qalıb.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

21:00. “Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya) 0:0

Baş hakim: Giorgi Vadaçkoria
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 1:3

21:30. “Fola” (Lüksemburq) – “İnter” (Azərbaycan) – 4:1
Qollar: Samir Hadji, 20, Enis Saiti, 31, Loterza, 59, Sedrik Sakras, 90 – Pərdis Fərcad Azad, 70
Baş hakim: Donatas Rumsas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş. Emil Mayriş stadionu

İlk oyun – 0:1

Yenicag.az

COP29