Aktrisanın səhhəti günü-gündən pisləşir

media-hightechnic-468x90

ıpMilli Onkologiya Mərkəzinə yerləşdirilən əməkdar artist Xanım Qafarovaya qan tapılıb.

Bu barədə aktrisanın yaxınları məlumat veriblər:

“Artıq qan tapılıb. Aktrisaya qan köçürülür. Vəziyyəti yaxşı deyil”.

Qeyd edək ki, əməkdar artistə qan lazım olduğu haqda prodüser Tolik sosial şəbəkədə məlumat yayıb:

“Xanım xanım, Allah sizə kömək olsun. Kimin +2 qan grupu varsa, nə olar kömək edin. Ay Allah sənə qurban olum, illərlə səhnədə canını qurban verən, tamaşaçıları sevindirən, indi qan axtarır tapa bilmir”.

Xatırladaq ki, X.Qafarova süd vəzi xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat edilib. Aktrisa bildirib ki, həmin əməliyyatlardan sonra süd vəzilərindən və qadınlığından məhrum olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600