“Alexa.com” internet saytları haqqında məlumat əldə etmək üçün geniş imkanları olan bir resursdur. Sayt 1996-cı ildə kompyuter mühəndisi Brevster Kehl və Brus Qillat tərəfindən yaradılıb. Saytın adı Misirdə eramızdan öncə yaradılmış, dövrünün ən böyük kitabxanası olan İsgəndəriyyə (Alexandria) kitabxanasının adından götürülüb.
Girdiyiniz saytların statistikasını öyrənmək üçün Alexa Toolbarı brauzerinizə yükləməyi və aktiv etməyi unutmayın!
“Alexa” dünyada olan internet saytları haqqında ətraflı məlumat verir. Siz axtarış qutusuna hər hansı saytın adını yazmaqla o sayt haqqında statistik məlumatları əldə edə bilərsiniz. Məlumatlar əsasən aşağıdakı kateqoriyalara bölünür:
1. Trafik statistikaları
– Trafik reytinqi;
– Sayta istifadəçi girişi faizi;
– Səhifəyə baxılma sayı;
– Adambaşına səhifəyə baxılma sayı;
– İstifadəçinin saytda olduğu müddət.
2. Axtarış təhlili
– Saytda ən çox axtarılan 10 söz;
– Son bir ayda saytda ən çox axtarılan sözlər;
– Son bir ayda saytda ən az axtarılan sözlər;
3. İstifadəçilər
– Yaş səviyyəsi;
– Cins tərkibi;
– Təhsil səviyyəsi.
Bununla yanaşı, burada maraqlandığınız sayta ən çox hansı saytlardan daxil olurlar, həmçinin bu saytdan çıxdıqdan sonra hansı sayta daxil olurlar kimi statistik məlumatları da öyrənə bilərsiniz.
“Alexa” saytın həm dünya üzrə neçənci pillədə olmasını, həm də konkret olaraq aid olduğu ölkə üzrə hansı reytinqdə olmasını göstərir. “Alexa”da informasiyalar adətən gündə 2 dəfə (səhər və axşam saatlarında), bəzən bir dəfə yenilənir. Bununlada siz istənilən saytın gündəlik necə “performans” göstərdiyini görə bilirsiniz.
Aydın Cavadlı
www.yenicag.az