Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Anar Nağılbazın xanımı: “Buna görə çox peşmanam” - VİDEO

Mərhum reper Anar Nağılbazın İsraildə yaşayan həyat yoldaşı Aytən Cəbiyeva sosial şəbəkədə iradlara tuş gəlib. Belə ki, onun “Şou ATV” verilişində Anarın səsyazısını səsləndirməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Yenicag.az-a açıqlama verən A.Cəbiyeva özü də peşman olduğunu etiraf edib:

“Mən bilmirdim ki, Anarla bağlı verilişdə onun övladları da iştirak edəcək. Mənə bunu deməmişdilər. Əgər bunu bilsəydim, efirdə Anarla bağlı danışmazdım, onun mənə göndərdiyi səsyazısını səsləndirməzdim. Buna görə çox peşmanam. Çünki bu, uşaqların psixoloji durumuna pis təsir edir. Anar mənə demişdi ki, səndən başqa heç kimim yoxdur və s. Onun uşaqları bu sözləri eşidib, pis ola bilərdilər. Hər halda, o uşaqların da anası var, və atalarının başqa bir qadına belə deməsi onların qəlbini qıra bilərdi. Düşünürəm ki, Anar haqqında belə ağrılı verilişdə uşaqların iştirak etməsi düzgün deyildi. Həmin vaxt o uşaqlar verilişdə yox, dərsdə olmalıydılar. Sosial şəbəkələrdə də Anarla bağlı xoşagəlməz fikirlər yazdılar. Bu, mənə pis təsir etdi”.

Qeyd edək ki, dünən “Şou ATV” verilişində Nağılbazın ikinci həyat yoldaşı Aytən Cəbiyeva reperin ona göndərdiyi səsyazısını səsləndirib. Həmin verilişdə Anarın valideynləri ilə bərabər uşaqları da iştirak ediblər.

Cəvahir

Loading...

www.yenicag.az

4152
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100