Aparıcının sualı bəstəkarı ÖZÜNDƏN ÇIXARDI: “Heç kimlə kəbin kəsdirmirəm ki...” - VİDEO
“Heç kimlə əqd bağlayıb, gedib ZAQS-da kəbin kəsdirmirəm, ‘bir ömür səninlə yaşayacağam’ demirəm ki…”
Bu sözləri bəstəkar-müğənni Nazim Məmmədov “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.
Sənətçi aparıcının “Mahnınıza görə Rəqsanə ilə aranızda soyuqluq yaşandı, indi durum necədir?” sualından qıcıqlanıb. O, müəllifi olduğu mahnını istədiyi vaxt, istədiyi ifaçıya vermək səlahiyyətində olduğunu kəskin şəkildə bildirib:
“Mən istədiyim mahnını istədiyim adama verə bilərəm. Heç kimlə əqd bağlayıb, gedib ZAQS-da kəbin kəsdirmirəm, “bir ömür səninlə yaşayacağam” demirəm ki… Mahnıdır, verirəm, tutalım, üç il oxudu, vəssalam. Ondan sonra onu kimə istəsəm, yenidən verə bilərəm. O, mənim mahnımdan sonra on dənə başqa mahnı oxuyub, mən neyləməliyəm? Mənim mahnım da yaşamalıdır axı. Tofiq Quliyevin “Bakı” mahnısını necə eşitmisiniz? Oxuna-oxuna, yaşana-yaşana gəlib bu vaxta çatıb… Demək ki, mahnı oxunmursa, sadəcə bir nəfərdə qalırsa, o mahnı öldü, rəhmətə getdi. Elə şey olar?”
Nehru













