Aşıq Zülfiyyə canlı yayımda Telliyə SƏSLƏNDİ: “Xahiş edirəm, səndən…”
Aşıq Zülfiyyə canlı yayım vasitəsilə sənət dostu və həmkarı Aşıq Telliyə müraciət edərək, onun yenidən efirlərə qayıtmasını xahiş edib.
Yenicag.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində qardaşının vəfatından sonra efirlərdən uzaqlaşan Telliyə ürək sözlərini ünvanlayıb:
“Qardaşım İsmayıl dünyasını dəyişəndə mənə Ankaradan, Türk Dünyası festivalından dəvət gəlmişdi. Hər ölkədən bir nümayəndənin seçildiyi həmin tədbirdə Azərbaycanı yalnız mən təmsil etməli idim. Qardaşımın ‘yeddisi’ yeni çıxdığı üçün əvvəlcə razılıq vermədim. Lakin atam məni qucaqlayıb dedi ki, ‘bilsəm İsmayıl qayıdacaq, hər şeyi qurban verərəm. Amma sən belə etsən, onun ruhunu narahat etmiş olarsan’. Məhz onun xeyir-duası ilə festivala getdim.
Səndən də xahiş edirəm, dünyanın bir üzü sevincdirsə, bir üzü kədərdir. Çıx efirə, hamımız səni yaxşı başa düşürük”.
Nehru













