Aytac KİMƏ SƏSLƏNDİ: “Pisliklərinizi üstümə tökməyin”
“Əzizlərimdən, dostlarımdan, tanışlarımdan, ərkim çatan və çatmayan hər kəsdən rica edirəm qəlbimi qırmayın. Mən heç kimin xətrinə dəymirəm və bunu özümə rəva bilmərəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Aytac Vidadiqızı “Öz aramızda” verilişində qonaq olarkən deyib.
Sənətçi sosial şəbəkələrdə qəlbinin qırılmasından danışarkən göz yaşlarını saxlaya bilməyib. Kövrələn müğənni izləyicilərinə belə səslənib:
“Bu yaxınlarda istədim ki, sosial şəbəkələrdə insanlara bir az daha yaxın olum, onlarla səmimiyyət yaradım. Fərqli olmağa çalışdım kiminə “salam” yazdım, kiminə “ürək” atdım. Amma çox fərqli, gözləmədiyim reaksiyalarla qarşılaşdım. Heç vaxt istəmərəm ki, kiminsə işığını söndürüm. Amma çox xahiş edirəm, mənim də işığımı söndürməyin. Mən buna icazə vermərəm, hər zaman öz işığımı yanılı saxlayaram. Xahiş edirəm, sizə “necəsən” deyə müraciət edəndə mülayim olun, öz problemlərinizi mənə yükləməyin. Daxili dünyasını pisliklərlə doldurub, bizim kimi həssas insanların üstünə tökməsinlər”.
Nehru













