“Azərbaycan məmurları gəlirlərini açıqlamalıdır”

media-hightechnic-468x90

natiqNatiq Cəfərli: “Ən azından Azərbaycanda yüksək vəzifəli şəxslər özləri ilk nümunə göstərib gəlirlərini açıqlasalar…”

Rusiyanın ən yüksək səviyyədə olan rəsmi şəxsləri özlərinin gəlir mənbəyini açıqlayıb. Bu siyahıda prezident Putin, baş nazir, Federasiya Şurası sədrinin və digər yüksək çinli məmurların da adı var. Amma Azərbaycanda hələlik yüksək çinlilər öz gəlir mənbələrini açıqlamırlar. Görəsən, Rusiyada baş verən bu hadisə özünü tezliklə Azərbaycanda da göstərə bilərmi?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə Azərbaycanda da məmurlar öz gəlirlərini açıqlamaq istiqamətində addımlar atacaqlar: “Əslində Azərbaycanda bununla bağlı qanunvericilik bazası yaradılıb. Onun tələbinə uyğun olaraq məmurların öz gəlir deklarasiyasını açıqlaması qanun tərəfindən təsdiq olunub. Amma Azərbaycanda belə praktika təəssüf ki, hələlik oturuşmayıb. Ən azından Azərbaycanda yüksək vəzifəli şəxslər özləri ilk nümunə göstərib gəlirlərini açıqlasalar, bununla digər məmur kateqoriyasına ciddi mesaj vermiş olarlar. Belədə, ardınca orta və aşağı səviyyəli məmurlar da gəlirlərini açıqlamalı olarlar. Rusiya bu yolla gedib. İlk olaraq prezident, baş nazir, parlament rəhbərləri gəlirlərini açıqlayıb. Sonra da daha aşağı məmurlar gəlirlərini açıqlamalı oldular. Bu isə şəffaflığın artmasına gətirib çıxarır. Arzu edirik ki, yaxın gələcəkdə bu istiqamətdə ölkəmizdə də qəbul olunmuş qərarlar həyata keçəcək”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600