Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda daha 117 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1 917 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 601, bu günə qədər isə ümumilikdə 1 035 286 test icra olunub.

Loading...

www.yenicag.az

334