Azərbaycanın Baş Naziri Türkmənistan Prezidenti ilə görüşdü

Martın 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdiyi işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri haqda danışılıb.