"Bahalı heç nəyim olmayıb", deyən İZZƏTƏ REAKSİYA: "Camaat "07" sürəndə sən..."
“Vallah-billah, mənim heç vaxt bahalı saatım, bahalı üzüyüm, bahalı telefonum olmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov müəllifi olduğu verilişdə deyib.
O, vaxtilə kliplərində istifadə etdiyi lüks aksesuarların əslində özünə məxsus olmadığını, çəkiliş üçün dostlarından müvəqqəti götürdüyünü söyləyib.
Müğənninin bu sözlərinə vaxtilə onu ən çox parodiya edən aktyor Müşfiq Şahverdiyevin reaksiyası kəskin olub:
“Yalan danışma, necə yəni olmayıb? Yekə “Hummer” … Camaat “07” sürəndə sən “Hummer” sürürdün”.
Nehru













