“Boşananda elə boşanın ki...” – Tanınmış müğənnidən keçmiş həyat yoldaşına sərt ismarıc

media-hightechnic-468x90

“Həmişə deyirəm, boşananda elə boşanın ki, sabah üz-üzə gələ biləsiniz”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova Tolikin “YouTube” layihəsində qonaq olarkən deyib.

Müğənni övladının atası ilə bağlı münasibətlərindən danışıb:

“Keçən ay mənə yox, dayəyə zəng edib uşağı görmək istədiyini bildirmişdi. Mən buna icazə vermədim. Artıq il yarımdır ki, o uşağı ata tərəfdən heç kim axtarmır. Övladım artıq hər şeyi anlayır. Ya gəlib uşağı həftədə iki dəfə görəcəksən və bütün xərclərini qarşılayacaqsan, ya da ildə bir dəfə gəlib uşağa travma yaşatmayacaqsan. Bunu dayə vasitəsilə ona çatdırdım, çünki o da mənə xəbərləri dayə ilə göndərir.

Ortada bir övlad var. Həmişə deyirəm ki, boşananda elə ayrılın ki, sabah üz-üzə gəlməyə üzünüz olsun. İlk gündən ona demişəm ki, nə vaxt istəsən, gəlib uşağı görə bilərsən. Bir dəfə uşağın 40 dərəcə qızdırması var idi, səhərə qədər xəstəxanada qaldıq. Gecə saat 4-də məcbur qalıb ona zəng vurdum ki, dərman lazımdır. Amma o, “göndərərəm” deyib telefonu söndürdü”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05