Cabir Abdullayev: “Sənəti var, amma şansı yoxdur”
“Elə sənətkar var, gözəl sənəti var, amma uğur qazana bilmir, şansı yoxdur”.
Bu sözləri tanınmış xanəndə, Əməkdar artist Cabir Abdullayev “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.
Xanəndə sənət cameəsində mehribanlığın olmamasından gileylənib:
“Həmişə istəmişəm ki, sənətkarlar dost olsunlar. Çünki Allah hər kəsə bir qismət yazır, hər kəsə bir səs verir. Elə sənətkar var, gözəl sənəti var, amma uğur qazana bilmir, şansı yoxdur. Amma gəlin boynumuza alaq ki, musiqi aləmində hamı mehriban deyil. Bəzi televiziya verilişlərində bunun şahidi olmuşam. Belə şeylərə baxıb çox üzülürdüm. Olmaz belə. Bu sənət gözəl sənətdir.
Dünyasını dəyişən böyük sənətkarlarımız var. Görün kimləri görmüşük: Xan Şuşinski, Yaqub Məmmədov, Səxavət Məmmədov, Arif Babayev, Sabir Abdullayev, Süleyman Abdullayev, Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə, Canəli Əkbərov…”
Nehru













