Ədalət Şükürov konsertinə xərclədiyi MƏBLƏĞİ AÇIQLADI
Mayın 13-də Heydər Əliyev adına Sarayda solo konsertə hazırlaşan Əməkdar artist Ədalət Şükürov layihənin büdcəsini açıqlayıb.
Yenicag.az xəbər verir ki, müğənni konsertinə 110 min manat xərc çəkdiyini bildirərək, bunun səbəblərini izah edib:
“Konsertimin büdcəsi 110 min manata gəlib çıxır. Əlbəttə, bunun ciddi səbəbləri var. Təkcə musiqiçilərin xərclərini götürsək, onlar ay yarım məşq edirlər. Hələ bunun reklamı, dekorasiyaları, səhnə dizaynı, avadanlıqları, görüntüləri və digər amilləri də var. Məsələn, elə müğənni var ki, işıq effektlərinə heç fikir vermir. Digəri isə bu iş üçün 20-25 min manat ödəyir. Əgər sənətçi nə işığa önəm vermirsə, nə də reklam istəmirsə, təbii ki, məbləğ aşağı düşəcək. Amma belə olan halda konsertin səviyyəsi necə olacaq? Həmin konsertin yüksək səviyyədə keçəcəyini deyə bilmərik”.
Sənətçi yerli müğənnilərlə xarici həmkarlarını da müqayisə edib:
“Xaricdən gələn müğənnilər üçün isə detalların fərqi yoxdur. Onlar üçün əsas məsələ qonorarlarını almalarıdır. İstəyir səhnədə bir nəfər olsun, istərsə də yüz min nəfər…”
Nehru













