"Efirlər azadlıq verib deyə..." — Lalə Məmmədovadan ailəsini gündəmə gətirənlərə ismarıc

media-hightechnic-468x90

“Gəlib verilişdə oturub, azadlıq verilib deyə ailə-məişət mövzularından danışsam, tamaşaçı mənə hansı hörməti qoyar?”

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Xalq artisti Lalə Məmmədova “İncə səhər” verilişində deyib.

Sənətçi dəvət aldığı proqramlarda yalnız yaradıcılıq mövzusunda səmimi olduğunu etiraf edib:

“İstər səmimiyyət, istər nifrət, istər sevgi hər bir hissin bir sərhədi olmalıdır. Bu gün efirlər bizə sərbəstlik veribsə, bunun da bir həddi olmalıdır. O demək deyil ki, mənə efirə çıxmaq imkanı verilibsə, evdə olduğum qədər səmimi olmalıyam. Xeyr, mən bu sərhədin hara qədər olduğunu yaxşı bilirəm.

Efirdə deyib-gülə bilərəm, amma tam səmimi ola bilmərəm. Siz aparıcılar istəsəniz də, mən sizinlə o həddə qədər səmimiyyət qura bilmərəm. Mən yalnız yaradıcılığımda səmimiyəm, çünki orada gizli heç nəyim yoxdur. Amma gəlib oturub ailə-məişət söhbətlərini danışsam, tamaşaçı mənə hansı hörməti qoyar?”

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05