Efirlərdən uzaq düşən Xalq artisti harada GÖRÜNTÜLƏNDİ? - FOTO
Zeynəb Xanlarovanın ansamblının əfsanəvi üzvü illər sonra ortaya çıxdı.
Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təmsil edən, SSRİ xalq artisti Zeynəb Xanlarovanın ansamblında uzun illər fəaliyyət göstərmiş məşhur zərb ifaçısı, Xalq artisti Sadiq Zərbəliyev Yenicag.az-ın kamerasına tuş gəlib.
İllərin sənətkarı ötən gün Xalq artisti Rasim Balayevlə vida mərasiminə qatılanlar sırasında olub.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən bir neçə ildir efirlərdən uzaq düşən və kütləvi tədbirlərə qatılmayan Sadiq Zərbəliyev saytımıza açıqlamasında sağlıq durumunun hazırda normal olduğunu bildirib.
Fotonu təqdim edirik:

Cəvahir













