Çoxdandır görünməyən “Şeron” qrupu və onun rəhbəri Rüstəm Zeynallı ARB-nin “Səhər-səhər” verilişində qonaq olub.
Yenicag.az xəbər verir ki, aparıcı Elgiz Əkbər Rüstəmdən Əli Mirəliyevi də həmin qrupa solist götürməyi xahiş edib:
“Əlini özünüzə solist götürün, mən də olum meneceriniz. Vallah sizə elə toy tutaram ki… Yaxşı mənada deyirəm ha! Əli də yaxşı müğənnidir. Düzdür, bir balaca toyda baş-beyninizi aparacaq, amma eybi yox”.
Lakin aparıcının bu təklifi qarşılığında Rüstəmdən səs çıxmayıb. O, Elgizin təklifinə susmaqla reaksiya verib.
Nehru
www.yenicag.az