Elnarə kimləri HƏDƏF ALDI: "Efirə ona görə çıxırlar ki..."

media-hightechnic-468x90

“İndiki gənclər isə deyir ki, təki efirə çıxaq, bizi tanısınlar, toya çağırsınlar və pul qazanaq”

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Elnarə Abdullayeva “Öz aramızda” verilişində qonaq olarkən deyib.

Sənətçi müasir dövrdə hər müğənninin canlı ifa bacarığına sahib olmadığını vurğulayıb:

“Biz sənətə yeni qədəm qoyanda elə bilirdik ki, ancaq oxumaq lazımdır. Azərbaycan Televiziyasında hər dəfə canlı ifa edirdik. Düşünmürdük ki, nə vaxtsa bu ifalarımıza görə bizə hələ pul da verəcəklər. Tək hədəfimiz oxumaq idi. Hər dəfə efirə çıxanda imtahan verən uşaq kimi həyəcan keçirirdik. Bunu ancaq sənətinin fədaisi olan şəxs edə bilərdi. Biz hər çıxışımızda həyəcandan ölüb-dirilirdik. İndiki gənclər isə deyir ki, təki efirə çıxaq, bizi tanısınlar, toya çağırsınlar və pul qazanaq. Biz belə olmamışıq”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05