Elvin KİMİ QINADI: “Acınacaqlısı budur ki, biz onu reklam edirik”
“Reallığı deyəndə pis olursan, hələ səndən inciyirlər də…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev “İncəSəhər” verilişində qonaq olarkən deyib.
Sənətçi bayağı mahnıların təbliğ olunmasından təəssüf hissi ilə bəhs edib:
“Bəzən görürsən ki, qarşındakı doğrudan da istedadlı insandır, kaş ki, belə etməyəydi deyirsən. Amma reallığı dilə gətirəndə pis olursan, inciyirlər. Ona görə də deməsəm, daha yaxşıdır. İki həftə öncəyə qədər elə düşünürdüm ki, bayağı musiqi yoxdur, sadəcə bayağı ifaçı var. Çünki təqdimatdan çox şey asılıdır. Amma yox, artıq görürəm ki, həqiqətən də bayağı musiqilər mövcuddur. Sözlər, musiqi… Acınacaqlısı budur ki, biz həmin mahnıları reklam edirik”.
Nehru













