Elzadan subay oğul analarına ÇAĞIRIŞ: “O qızları oğlunuza almayın”
“Oğlunuza qız alanda diqqət yetirin: o qız sizin dinlədiyiniz musiqini dinləyirmi?”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Öz aramızda” verilişində qonaq olarkən deyib.
Sənətçi subay oğul analarına müraciət edərək bildirib:
“Musiqi zövqü oğlunuzla uyğun gəlmirsə, niyə o qızı ailənizə gətirirsiniz? Oğlunuza qız alanda yoxlayın, görək o qız sizin dinlədiyiniz musiqini bəyənir? Əgər musiqi zövqləri üst-üstə düşmürsə, o oğlan həmin qızı mütləq boşayacaq. Əvvəllər deyirdilər ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. İndi isə geyimlə qarşılayıb, musiqi zövqü ilə yola salırlar. Əgər bir insan səhər tezdən durub meyxanaya qulaq asırsa, onun həyat tərzi necə ola bilər?”
Nehru













