Əməkdar artist KİMƏ QƏZƏBLƏNDİ: "Tərbiyəsi, əxlaqı olan insan heç vaxt..."
“Tərbiyəsi, əxlaqı bəlli olan insan heç vaxt qərəzli tənqid yazmaz”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Sahib İbrahimov “Öz aramızda” verilişində deyib.
Sənətçi ailəsi ilə bağlı efirdə səsləndirdiyi fikrə görə tənqid olunduğunu bildirib və bundan təəssüflənib:
“Verilişdə demişdim ki, həyat yoldaşım uşaqlarıma elə tərbiyə verib, onların yanında mənim səs tonumu qaldırmağa ehtiyac olmayıb. Bu sözdən sonra sosial şəbəkədə yersiz və xoşagəlməz rəylər yazıblar ki, bu da ailəsini tərifləyir və s. Burada axı nə var ki, tənqid olunası? Bir var qərəzli tənqid, bir də var qərəzsiz tənqid.
Kimdir o rəyləri yazan? Baxıram ki, 6 il əvvəl ‘Instagram’da səhifə açıb, 2-3 izləyicisi var. O rəylərə fikir versək, gərək onda heç həyatda yaşamayaq. O qərəzli rəyləri yazanlar özləri kimdir? Tərbiyəsi, əxlaqı bəlli olan insan heç vaxt qərəzli tənqid yazmaz”.
Nehru













