Əməkdar artist: “Mənim geyimlərimi Cenifer Lopez geyinir”

media-hightechnic-468x90

“30 il əvvəl mənim istifadə etdiyim geyim modellərini indi Cenifer Lopez geyinir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Ruhəngiz Allahverdiyeva “Qonaqcanlı” verilişində deyib.

media-1700041990_1689857662_246396_17zgzdmqs3jpg_1689863077

İfaçı üslubunun dünya ulduzları tərəfindən təkrarlandığını iddia edib:

“30 il əvvəl mənim geyindiyim geyim modellərini indi Cenifer Lopez geyinir. Mən bunu sübut da edərəm, şəkillərim də var. Elə şərflərdən istifadə etmişəm ki, indi müğənnilərimiz – Röya, Aygün Kazımova onlardan yararlanır. Mən o obrazları hazırlayanda xarici ölkələrdə heç modellər belə geyimlər hazırlamamışdı. 40 il əvvəlki geyim modellərim var ki, özümə məxsusdur. Mən model olsaydım, dünyaşöhrətli olardım. Hər üslubda bacarığım var”.

Sənətçi həmkarlarına da səslənərək qarderobunun onlara açıq olduğunu bildirib:

“Qarderobum bütün müğənnilərə qurbandır. Kim desə ki, Ruhəngiz xanım, paltarlarından hansınısa mənə hədiyyə et, məmnuniyyətlə verərəm”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05