Əməkdar artist onu təhqir edən şəxsi BAĞIŞLADI: “Körpələrinə yazığım gəlməsəydi...”
Əməkdar artist Sevinc Sarıyeva sosial şəbəkədə barəsində təhqiramiz fikirlər yazan şəxsin kimliyini araşdırıb.
Yenicag.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb.
Müğənni oğlunun həmin adamın kimliyini üzə çıxardığını bildirib:
“Oğlum araşdırdı, bu işin axırınacan getdi. Həmin adamı tapıb dedi ki, olmayan şeyi niyə yazmısan? Həmin xanımın körpə balalarına yazığım gəldi. Uşaqlarına ürəyim ağrımasaydı, onunla başqa cür danışacaqdım. Olmaz belə şey. Bizim də həyatımız var. Biz də insanıq”.
Nehru













