Əməkdar artistdən SƏRT İRAD: “Səsi yoxdur, övladını niyə səhnəyə gətirirsən?”
“Övladını sənətə gətirən o müğənni düşünmür ki, onun səsi, istedadı yoxdur…”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.
Müğənni övladı ilə bərabər səhnəyə çıxan həmkarlarını sərt tənqid atəşinə tutub:
“Əgər övladının səsi yoxdursa, səhnəyə gətirməsinlər. Onları sənətə cəlb edib, yaxşı oxuyan gənclərin yerini dar etmək olmaz. Ad çəkməyəcəyəm, amma mən bəzi müğənnilərin sənətə gətirdikləri övladlarının səsini bəyənmirəm. Hər kəs istəyir ki, övladı səhnədə olsun. Amma sən əvvəlcə bax gör, övladının buna istedadı, səsi çatırmı ki, onu efirə çıxarırsan?”
Nehru













