Əməkdar artistin formada qalma sirri: "Gündə 5 dəfə yeyin"
“Arıqlamaq istəyirsinizsə, gündə beş dəfə yemək yeyin”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Xəzər axşamı” verilişində Əməkdar artist Ədalət Şükürov deyib.
Sənətçi formada qalmasının sirrini açıqlayıb və günlük menyusundan danışıb:
“Gündə beş dəfə yemək lazımdır. Gündə beş dəfə yeməsən, arıqlamazsan, əksinə, başqa xəstəliklərə yoluxarsan. Səhər yumurta, günorta göyərti, tərəvəz yeməlisiniz. Un məmulatlarından istifadə etmirəm. Kərə yağı ilə bir dilim çörək yemək olar. Şirniyyat, meyvə yemirəm, şirə içmirəm. Meyvə fruktozadır. Uzağı bir alma yemək olar”.
Nehru













