!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Qarabağ münaqişəsi barədə: "Azərbaycanın ərazi bütövlüyü əsasında..."

!Reklam – Yazi

“Azərbaycanın öz torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğal altında olması 1 milyondan çox insanı evlərindən uzaqda məcbur köçkünə çevirib. BMT Baş Məclisində dediyim kimi, bu, qəbuledilməz vəziyyətdir”.

Yenicag.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə deyib.

“Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddət ərzində sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Rəcəb Tayyib Ərdoğan “Barış pınarı” hərbi əməliyyatından da danışıb.

O bildirib ki, PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarının varlığı təhlükəsizlik sahəsində əməkdaşlığımızın əhəmiyyətini artırıb: “Türkiyə bu il oktyabrın 9-dan etibarən PKK terrorçularına qarşı aparılan “Barış pınarı” hərbi əməliyyatları uğurla davam edir. “Barış pınarı” hərbi əməliyyatlarının iki əsas məqsədi var. Birinci olaraq Suriyanın şimalında PKK təhdidinin tamamilə aradan qaldırılmasıdır. İkinci əsas vəzifəmiz isə, 8 ildir qonaq etdiyimiz 3 milyondan çox suriyalı ərəbin öz torpaqlarına qaytarılmasını təmin etməkdir”.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyanın şimalında aparılan hərbi əməliyyatlar nəticəsində təxminən 1000 kvadrat kilometr ərazi terrorçuların işğalından azad edilib:

“Menbiçdən İraq sərhədimizə qədər ərazini təhlükəsiz bölgəyə çevirəcəyik. İlk mərhələdə 1 milyon, daha sonra isə 2 milyon suriyalı qaçqının öz torpaqlarına könüllü qayıdışını təmin edəcəyik. Hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik”.

www.yenicag.az

1188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv