Ermənilər “soyqırım” iddialarından əl çəkdilər-Video

media-hightechnic-468x90

86027“Eurovision”da “Do not Deny” (İnkar etmə) adlı mahnı ilə Ermənistanı təmsil edəcək qrup “soyqırım” iddialarından əl çəkib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, mayın 6-da Vyanada keçiriləcək mahnı yarışmasında səhnəyə çıxacaq “Genealogy”nun inkar etmə mənasını verən mahnısı “Do not Deny”ın klipi nümayiş olunub.

Mahnının adı ilk dəfə elan olunan zaman ermənilərin “Evrovision”da “soyqırımı inkar etməyin” mesajı verəcəyi bildirilmişdi. Qrupun adının da “soy ağacı” mənası daşımasının arxasında guya 1915-ci ll hadisələri zamanı erməni ailələrinin dünyanın dörd bir yanına köç edən yeni nəsil erməniləri birləşdirmək olduğunu açıqlamışdılar.

Armen Martirosyanın bəstələdiyi, sözləri Inna Mkrtchyana aid olan mahnının mesajının universal dəyərlər olduğu məlum olub.

Mahnını 6 nəfərdən ibarət qrup ifa edəcək. Qrupun altıncı üzvünün 2009-cu ildə Ermənistanı bacısıyla birlikdə “Eurovision”da təmsil edən İnga Arşakyanın olacağı açıqlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600