Ermənipərəst Adnan Oktarın gizli “Azərbaycan” planı – 2
“Harun Yəhya” imzası ilə tanınan Adnan Oktarın fundamentalist xristianlarla gizli işbirliyinin və Azərbaycan mediasını ələ keçirmə planları bütün təfərrüatları ilə “Yeni Çağ”da!
Türkiyədə erməni tərəfdarları arasında liberallar üstünlük təşkil edir. Liberal görüşlü, torpağı üçün qan tökməyi vəhşilik sayıb, vətəni bir cüt qadın döşünə qurban verməyə üstünlük verənlər Türkiyə ilə Ermənistan arasında qardaşlıq körpüsünün yaranmasına əsas dəstək verənlərdir. Bu yazarların bir çoxunun dinsiz olmaqla yanaşı həm də Fətullah Gülənə simpatiya bəsləmələri diqqətdən qaçmır. Yəni, dinə qarşı çıxıb, Gülənin müridinə çevrilənlər Ermənistanla dostluğa üstünlük verənlərdir. Ancaq Türkiyə-Ermənistan qardaşlığına dəstək versə də, Türkiyədə belə ciddi dəstək almayan, bu səbəbdən də sürətlə Azərbaycana soxulub, burada erməni havadarlığı edərək, Türkiyədə bəzi dairələrin diqqətini çəkmək istəyən birisi var: Adnan Oktar, yəni Harun Yəhya! Bu şəxslə bağlı birinci yazımızda bir çox mətləblərə toxunmuşduq. Bu dəfə də qaldığımız yerdən davam edirik.
Öncəliklə, Xocalı Soyqırımı kimi vəhşiliyə imza atan erməniləri “əhli-kitab”, “sadiq millət” kimi gəlişigözəl ifadələrlə göylərə qaldırıb, erməniləri tərifləyən Adnan Oktar müridlərinə yazdırdığı yazılarda və kitablarda açıq erməni heyranlığı edir. O cümlədən danışarkən, arxasında “Böyük Ermənistan”ın xəritəsini asaraq, Azərbaycanın ərazilərini də erməni torpağı kimi göstərməkdən çəkinməyən Adnan Oktar erməni heyranlığını Azərbaycan mətbuatına verdiyi açıqlamalarda da davam etdirir.
Adnan Oktarın Azərbaycan mediasını ələ keçirmə cəhdi
İqtidar və müxalifət qəzetlərindən jurnalistləri Bakıdakı tərəfdarlarına izlədərək, barələrində uzun araşdırma apardıqdan sonra işinə yarayacağını düşündüyü jurnalistləri İstanbula dəvət edən Adnan Oktar həmin jurnalistlərə müsahibə verir. Yol və otel xərclərini də özü ödəyir. Buraya qədər hər şey normaldır. Ancaq bu müsahibələrin demək olar ki, eyni məzmunlu olması, özünün guya Türkiyənin fikir babalarından olması imajının yaratmaq cəhdi və Türkiyə-Azərbaycan dostluğuna dair şablon cümlələrin arasındakı erməni təəssübkeşliyi diqqətdən qaçmır. Və bütün müsahibələrin video görüntüsünün Adnan Oktarın internet saytında yayımlanması da ayrı bir mövzudur.
Adnançıların hədəfi: Heydər Əliyev Fondunda söz sahibi olmaq
Adnan Oktarla görüşən jurnalistlərdən birinin “Yeni Çağ”a verdiyi məlumata görə, Adnan Oktarla müsahibə götürdükdən sonra adnançılar onu bezdirib: “Müsahibə götürüb vətənə döndükdən sonra onlar məni arayaraq, Adnan Oktarın məndən televiziyalara çıxaraq, onun barəsində müsbət sözlər söyləməmi xahiş etdilər. Bunun mümkün olmadığını dedikdə isə öncə mədəni şəkildə xahişlərini davam etdirdilər, daha sonra isə yarıtəhdid şəklində “Hocamız sizə çox önəm verir. Hətta siz bizim qonağımız olaraq, İstanbulda olduğunuzda necə davranmanıza da qarışmamağımızı söylədi. İndi siz hocamızın kiçik bir xahişini rədd edirsiniz. Biz sizinlə böyük işlər görmək istəyirik” deyirlər. Həmin jurnalist danışır ki, ondan daha sonra hakim Yeni Azərbaycan Partiyasının rəhbərləri ilə Adnan Oktarın əlaqəsinin qurulmasına yardımçı olunması istənilib. Eyni hadisə müxalifət qəzetində çalışan bir həmkarımızın da başına gəlib. Onunla radikal müxalifətin əsas liderlərindən birinə Adnan Oktar öz “Yaradılış Atlas”ını göndərib. Həm Azərbaycan iqtidarına, həm də müxalifətə soxulmaq istəyən Adnan Oktarın əsl hədəfi isə HEYDƏR ƏLİYEV FONDUdur. Birinci xanım Mehriban Əliyevanın dəstəyini qazanmaq istəyən Adnan Oktar tərəfdarlarına göstəriş verib ki, nəyin bahasına olursa, olsun, Birinci Xanıma birbaşa çıxışı olanlarla əlaqə yaradılsın. İlk növbədə millət vəkilləri Qənirə Paşayeva və Məlahət Həsənova, eyni zamanda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova yaxın şəxslər, xüsusilə jurnalistlərin ələ keçirilməsi prossesi gedir. Bu barədə gələcək yazılarımızda daha ətraflı yazacağıq.
Xristian misyonerlərin “müsəlman” elçisi
Ötən yazımızda Adnan Oktarın xristian misyonerlərin planlarını həyata keçirən bir maşa olduğunu yazmışdıq. Bu yazımızda bu məsələyə çox ətraflı şəkildə toxunacağıq. Ancaq bu məsələyə toxunmadan öncə qeyd etmək istərdik ki, Türkiyədə şantajçılıqla, rəqiblərinə qarşı iyrənc iftiraları ilə tanınan Adnan Oktar (bunu özü də etiraf edib) onun iç üzünü açanları darvinçi və ya kommunist adlandırır. Biz bu mövzuya toxunmadan öncə bəyan edirik ki, bizim Yaradılışa münasibətimizi müqəddəs kitabımız Qurani-Kərimin baxışına görədir və Darvin və ya Marks kimi mason köpəklərinin yazdıqlarını əsla qəbul etmirik. Ancaq bizdən fərqli olaraq, Adnan Oktar bu məsələyə ideoloji baxışına görə, yaxınlaşmır, qazanc mənbəyi kimi baxır.
Qeyd edək ki, Adnan Oktarın Türkiyə və Azərbaycanda özünün əsas fəaliyyət sahəsi elan etdiyi yaradılışçı cəbhənin dünyada öndəri heç də müsəlmanlar deyil. Yaradılışçı cəbhənin başında ABŞ-da fəaliyyət göstərən xristian bir şəbəkə var. Yaradılış Araşdırmaları İnstitutu (ICR-Institute of Creation Research”), milyonlarla dollarlıq büdcəsiylə dünyanın bir çox ölkəsində fəaliyyət göstərir, kitablar çap edir, bu kitabları pulsuz olaraq paylanır. ICR, ABŞ-da fəaliyyət göstərən xristianların bir təşkilatıdır. Amma bu təşkilatın bir qolu da Türkiyədədir. ICR Türkiyədəki təkamül əleyhdarlarının işlərini dəstəkləyib istiqamətləndirir. Etdikləri şərhlərdə; “ICR-in yaradılışçılığı dəstəkləməyə istiqamətli işləri, xristianlığın Türkiyədə tezliklə qəbul edilməsinin təmin edilib-edilməməsindən asılı olmayaraq təsirli şəkildə davam etdiriləcək” deyilir.
Türkiyənin nüfuzlu saytlarından birində bu barədə belə yazılıb: “Bu məzmunda Amerikan Yaradılışçıların maşalığını edən isə Türkiyədə bir zamanlar mühərrik, bacı, qrup seks, oral seks kimi sözlərlə gündəmdən düşməyən Adnan Oktardır. Nəşr etdiyi kitablar da keçmişini gizləməyə çalışaraq Harun Yəhya adını istifadə edən Adnan Oktar və BAV ın bu kitablara qatqısı yalnız ICR ın işlərini Türkcəyə çevirmək və kitablara islami çalarlar qatmaqdan ibarətdir.
Nə Harun Yəhya nə də BAV da vəzifəli kəslər elm adamı deyil. Xüsusilə Harun Yəhya universitet məzunu belə deyil və heç bir xarici dil bilməməkdədir. İndiyə qədər Harun Yəhyanın ciddi bir Universitet Kürsüsündə elmi məruzə ilə çıxış etdiyini də görən olmayıb”.
Harun Yəhya və “Bilim Araşdırma” Vəqfi 1998-ci ildən etibarən xristian fundamentalistləri ilə əməkdaşlıq edirlər. Xüsusilə də, xristian fundamentalistlərin böyük maliyyə qaynaqları Adnan Oktarı özünə cəzb etdiyindən, bu şəxs türk cəmiyyətində xristianlığı yaymağı öz ali məqsədi sayan bu şəbəkənin planlarının icraçısına çevrilib. Şablon şoularla xalqın diqqətini özünə cəlb etmək istəyən xristian fundamentalistlər üzdə komunizm və darvinizmə qarşı mübarizə aparıb, onun yerinə alternativ olaraq, xristianlığı gətirmək istəyirlər. Elə Adnan Oktarın adı ilə yazılan kitablarda müqəddəs kitabımız Qurani-Kərimlə yanaşı Tövrat və İncildən sitatların gətirilməsi və üç kitabın da eyni dəyərdə müqəddəs hesab olunmasının iddia olunması əslində xristianlığa qarşı müsəlmanların münasibətini loyallaşdırmağa yönəlib. Yəni, gizli xristian əli burada da görünür. Halbuki, Adnan Oktar həqiqətən İslama xidmət etsəydi, Allah qatında tək dinin İslam olduğunu, digər ilahi kitabların da təhrif olunduğunu söylərdi.
ABŞ-da Eric Hovind və Kent Hovint adlı fundamentalist xristianlar bu məzmunda Harun Yəhyanın nümunə götürdüyü kəslərdir. Tək bir fərqlə ki, Harun Yəhya heç bir zaman yazdığını iddia etdiyi kitabların məzmunu haqqında nə mətbuat qarşısında, nə də elmi bir simpoziumda danışmış və müzakirə etməyib.
Aşağıda ki yevangelist (fundamentalist) xristianların hazırladıqları saytları oxusanız, Harun Yəhyanın əsərlərində istifadə etdiyi bütün iddiaları görə bilərsiniz:
www.icr.org
www.answersingenesis.org
www.creationresearch.org
Harun Yəhyanın fikir oğurluğu etdiyi ICR-a bağlı yazarların siyahısı aşağıdadır:
http://www.talkorigins.org/faqs/credentials.html http://www.talkorigins.org/
http://www.talkorigins.org/faqs/comdesc/
Əgər ingilis dilini bilmirsinizsə, ICR-in Türkiyə fundamentalist xristianlar üçün qurduğu saytda ICR-in iddialarının xülasələrini tapmanız mümkündür.
http://icr-izmir.org/index.html
Və bütün bunlar bir daha ortaya qoyur ki, Adnan Oktarın BAV-ı fundamentalist xristianlar tərəfindən qurulan ICR tərəfindən idarə olunan bir qurumdur. BAV və Harun Yəhyanın istifadə etdiyi bütün arqumentlər, şəkillər, videolar, iddiaların əsl qaynağı ICR-dir. ICR niyə Türk Dünyasında İslamdan istifadə edərək fikirlərini yaymaqdadır? Görəsən bu yeni bir növ missionerlikmi?
Baxın, Harun Yəhya əsərlərində nələr deyir?
Hz. İsanın Barış Əmri
Hz. İsanın insanlara ən doğrunu öyrədəcəyini bilərək inanc fərqliliklərinə hörmət göstərilməlidir. Onun görmək istədiyi kimi, dünyanı barış, qardaşlıq, mərhəmət və sevgi ilə doldurmaq üçün böyük səy göstərilməlidir.
Hz. İsanı Sevənlər Döyüş deyil, Barış ilə mükəlləfdirlər.
Bir-biriniz və bütün insanlar üçün hər vaxt yaxşılığı məqsəd hesab edin. (Selaniklilere I. Məktub, 5/15)
Tövratda isə, Yəhudilərin insanlara yaxşılıqla davranmaları lazım olduğu bu şəkildə ifadə edilər:
Pisliyi deyil, yaxşılığı axtarın ki yaşayasınız, və beləcə Rəb, orduların Allahı, dediyiniz kimi sizinlə birlikdə olar. Pislikdən nifrət edin və yaxşılığı sevin və qapıda haqqı gücləndirin… (Amos, Bap 5, 10-15)
Harun Yəhya İncildən nümunələr verərək Hırıstiyanlığa təriflər düzmüş.
http://www.harunyahya.net/V2/Lang/tr/Pg/Wo&ail/Number/4560
Halbuki Quran baxın nə deyir?
Ey inananlar! Yəhudilərlə xaçpərəstləri (özünüzə) dost tutmayın. Onlar bir-birlərinin dostlarıdırlar. Sizdən kim onlarla dost olarsa, o da onlardandır. (5.Maidə/51)
Harun Yəhya nəinki onlarla dost olub, o, kilsənin fikirlərini qəbul edərək özünə nümunə götürür və İslam aləminə satışa çıxarmağa qalxır. Bu yetməmişcəsinə də xristianlığı tərifləyir. Yenə eyni şəkildə İncili Qurana bərabər görən yazılar yazaraq, İncildən “inci”lər sıralayır..
http://www.harunyahya.net/V2/Lang/tr/Pg/Wo&ail/Number/4512
Harun Yəhya nın əsərlərində ən çox vurğuladığı mövzu “MƏSİH” inancıdır. Görəsən bunun səbəbi və xristiyanlığa təriflərinin arxasında bir zamanlar ictimaiyyətin diqqətini çəkən “Adnan Oktar özünü Məsih elan etdi” iddiasının gerçək olduğu ola bilərmi?…
Bu barədə gələcək yazımılarımızda oxuyacaqsınız…
“Yeni Çağ”