Evini satan Rahidə pulunu nəyə xərcləyib: “Məcbur idim”
“Müəyyən fasilədən sonra efirə çıxmaq maddiyyat tələb edirdi. Bir qəpiyim belə yox idi”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova “Öz aramızda” verilişində deyib.
Sənətçi uzun fasilədən sonra yenidən sənətə dönüşü üçün evini satdığını bildirib:
“Bir evim var idi, kirayə verib dolanırdıq. Bilmirdim necə mahnılar yazdıracağam. Çünki sənət maddiyyat tələb edir. Sənətə qayıtmaq üçün o evi satdım. Yenidən ayağa durmağım üçün mənə pul lazım idi, buna görə evi satmağa da məcbur idim. Heç kimin qapısını döyə bilməzdim ki, mənə maddi köməklik göstərsin. Həm özümə bunu sığışdırmırdım, həm də istəməzdim kimisə narahat edim ki, mənə dəstək ol, mahnı yazım, efirlərə çıxım. Müəyyən fasilədən sonra efirə çıxmaq maddiyyat tələb edirdi. Bir qəpiyim belə yox idi. Heç peşman da deyiləm. Allah yetirər, yenə alaram”.
Nehru













