“Hamı məni unudub”
Bu gün Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Bəsti Cəfərovanın 55 yaşı tamam olur.
Aktrisa açıqlamasında bildirib ki, ad günü ilə əlaqədar heç kəsdən təbrik almayıb: “55 illik yubileyimlə bağlı heç kim mənə zəng etməyib. Hamı məni unudub”.
Sənətkar bildirib ki, o, öz yubileyini Tədris Teatrında tələbələri ilə birlikdə qeyd edəcək: “Akademik Milli Dram Teatrı qastrol səfərindədir. Ona görə də yubileyim keçirilmir. Mən bu yaşımı Tədris Teatrında tələbələrimlə birlikdə qeyd edəcəyəm. Bu da olacaq mənim yubileyim. Açığı mənim 50 illik yubileyim də keçirilmədi. Ümumiyyətlə, məni qızımdan savayı heç kim təbrik etməyib. Açığı, zorən kimlərinsə yaddaşına həkk olunmaq istəmirəm. Sənətim göz qarşısındadır. Mənə elə gəlir ki, təbrik etməyə dəyərdi. Cabir Novruz belə yerdə deyib, “insanlara sağlığında qiymət verin”. Məndən sonra haqqımda veriliş verib, gözəl sözlər deyəcəklər. Onunsa mənə bir istisi-soyuğu olmayacaq. Əfsuslar olsun”.
B. Cəfərova deyib ki, 36 ildir teatrdadır və onun yubileyini keçirilməsi lazım idi: “Mən bunu kiminsə yadına salmalı deyildim ki. Əgər eləmirlərsə, eləməsinlər, özləri bilsin.”