İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

img1863908İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransı və İcraiyyə Şurasının 35-ci iclası Bakı şəhərində keçirilməsi haqqındadır. Yenicag.az xəbər verir ki, prezident İlham Əliyev hər iki mötəbər tədbirin Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Prezidentin 25 iyul 2015-ci il tarixində imzaladığı Sərəncamda bildirilir:

Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə qarşılıqlı faydalı münasibətlər qurmuşdur. Əlaqələrin daim yüksələn xətt boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində respublikada islam ölkələrinin qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumları keçirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının 2015-ci il 23–27 noyabr tarixlərində Bakı şəhərində keçirilməsini təmin etsin.

2. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

78336Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyır:

“1. Abşeron rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

25360Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında” sərəncama əsasən, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülənlər arasında iki qardaş – Habil və Şamil İsmayılovlar da vardır.

Əkiz qardaş olan İsmayılovlar Cəlilabad rayonunun müxtəlif ümumi təhsil müəssisələrində, pedaqoji fəaliyyətlərinin son 10 ilində isə Ocaqlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyiblər.

Orta məsafəyə (1000 metr) qaçış üzrə keçmiş SSRİ çempionatının finalçısı olmuş İsmayılov qardaşları dəfələrlə Azərbaycanda keçirilən yarışlarda da yüksək nailiyyətlər qazanıblar. Onların idmana olan sonsuz məhəbbətinin nəticəsidir ki, yetirmələri arasında da idmanla məşğul olanlar az deyil.

Ümumilikdə, 50 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmuş Habil və Şamil İsmayılovlar tanınmış müəllim olmaqla yanaşı, eyni zamanda nümunəvi ailə başçılarıdır. Sevindirici haldır ki, onların övladları və nəvələri də idmana maraq göstərir və sağlam həyat tərzinə üstünlük verirlər.

Təhsil Nazirliyi təltif olunmuş bütün təhsil işçilərini, o cümlədən də Habil və Şamil İsmayılovları təbrik edir, uzun ömür, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayır!

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

1408711671Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Vəliyev Mürsəl Əli oğlu – general-leytenant
Nağıyev Sabir Nağı oğlu – general-mayor
Əliyev Bəhlul Lətif oğlu – polkovnik.

“Vətən uğrunda” medalı ilə

Bayramov Davaxan Ağa oğlu – polkovnik
Əzizov Azad Hamlet oğlu – polkovnik
Seyidov Məmmədrəhim Arif oğlu – polkovnik
Abbasov Pərviz Şahbaz oğlu – polkovnik-leytenant
Hacıyev Elxan Vəli oğlu – polkovnik-leytenant
Məmmədov Elşən Məmməd oğlu – polkovnik-leytenant
Namazova Səidə Oktay qızı – polkovnik-leytenant.

“İgidliyə görə” medalı ilə

Vəliyev Mübariz Qılman oğlu – polkovnik-leytenant
Babayev Rauf Əhədağa oğlu – mayor
Bunyatov Rəşid Hənnan oğlu – mayor
Əliyev Binnət Osman oğlu – mayor
Əliyev Etibar Vəli oğlu – mayor
Mirzəyev Əbdülhüseyin Feyruz oğlu – mayor
Qədirov Rəşad Arif oğlu – kapitan.

“Hərbi xidmətlərə görə” medalı ilə

Ələkbərov İsmayıl Qurban oğlu – polkovnik
Alkərəmov Vüqar Oruc oğlu – polkovnik-leytenant
Safiyev Hümbət Məmməd oğlu – polkovnik-leytenant
Babayev Samir Hüseyin oğlu – mayor
İsmayılov Anar Müslüm oğlu – mayor
Məmmədov İlham Sabir oğlu – mayor
Mirzəyev İlqar Tarıyel oğlu – mayor
Quliyev Zaur Fərhad oğlu – mayor
Rəhimov Qəhrəman Sədrəddin oğlu – mayor
Cəbrayılov Zaur Ağazadə oğlu – kapitan
Musayeva Bəsti Qəmbər qızı – tibb xidməti kapitanı
Hüseynov Zaur Əmənulla oğlu – baş gizir
Nuruyev Pərviz Valeh oğlu – baş gizir
Rüstəmov Vidadi Qiyas oğlu – gizir
Qədirov Müşviq Arif oğlu – kiçik gizir
Vəliyev Emin Əmir oğlu – baş çavuş
– See more at: http://axar.az/news/27411#sthash.nbuxvCYO.dpuf

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

65209Azərbaycan Prezidenti İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı Lerik Rayon İcra Hakimiyyətinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

1407414001ilhamPrezident İlham Əliyev Sadıq Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, 2014-cü ilin sentyabr ayında Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimovun anadan olmasının 100 illiyi tamam olur.

Sadıq Rəhimov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.

Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Sadıq Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

1404481577Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

media-ziraat-728x90

Ilham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

oklAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup elm-mədəniyyə adamına Dövlət Mükafatının verilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı şəxslər Dövlət Mükafatına layiq görülüb:

Elm sahəsi üzrə

Tofiq Murtuza oğlu Nağıyev – “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə

 Mədəniyyət sahəsi üzrə

Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə – Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə

Ramiz Eyyub oğlu Quliyev – konsert-ifaçılıq fəaliyyətinə görə.

Ədəbiyyat sahəsi üzrə

 Elmira Hüseyn qızı Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.

 

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

kkjkjuPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Nəcməddin oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib(qafqazinfo.az).

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

xzdxsdPrezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin – “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı”nın VI bölməsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilir:

“4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə.”

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək;

həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək(axar.az).

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

vffhPrezident İlham Əliyev Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalanıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alır ki, “Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adı verilsin:

Ağalarova Şəhla Köçəri qızı
Babayeva Sevil Sultanovna
Əhmədova Firdovsiyə Firdovsi qızı
Quliyev Musa Nizam oğlu
Nağıyev Fəxrəddin Tağı oğlu.

Ölkə başçısının imzaladığı daha bir sərəncama görə isə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.

Sərəncamda qeyd edilib ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Bağırov Zaur Siyavuş oğlu
Bədəlov Tahir Nadir oğlu
Cahangirova Sevil Adilovna
Çinani Sürəyya Ağababa qızı
Əliyev Sakit Hacalı oğlu
Hüseynov Muxtar Şəmsəddin oğlu
Kərimova Mələk Lətif qızı
Qasımova Yelena Vladimirovna
Məmmədova Sədaqət Mahmud qızı(anspress).

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

nmbmnbnmhjhAzərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Aslanov Əli Qaçay oğlu

Baxşəliyev Vəli Baxşəli oğlu

Eyvazov Həsənəli Cahangir oğlu

Eyvazov Məmmədəli Əhməd oğlu

Əliyev Asim Yediyar oğlu Həsənov Əsgər İbrahim oğlu

Quliyev Musa Rəhim oğlu

Məmmədov Rafiq Ağəli oğlu

Novruzov Namiq Yaqub oğlu

Sadiqov İlqar Beytulla oğlu

Dövlət başçısının digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib.

Sərəncamda deyilir ki, Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə aşağıdakı fəxri adlar verilsin:

“Əməkdar Elm Xadimi”   Həsənli Oruc Qafar oğlu

Məhərrəmov Saleh Heydər oğlu

“Əməkdar Müəllim”

Əliyeva Lətafət Nəriman qızı

Seyidova Sevda Əli qızı Vəliyeva Hüsniyyə Həsən qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Əsədova Nəzakət Əsəd qızı

“Əməkdar Rəssam”

Qurbanov Həsən Bulut oğlu

“Əməkdar Həkim”

Bayramova Tamilla Yusif qızı

Həsənov Nüsrət Firudin oğlu

“Əməkdar Tibb İşçisi”

Hüseynova Validə Firudin qızı

“Əməkdar Jurnalist”

Əliyeva Şölə Qadir qızı

“Əməkdar Mühəndis”

Bağırov İbrahim Süleyman oğlu(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600