!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik ANALİZ

!Reklam – Yazi

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında son bir həftədir dolların aparıcı valyutalara nisbətən qiymətləri 1%-dən çox ucuzlaşıb. Buna səbəb Amerika iqtisadiyyatında inkişaf dinamikasının zəifləyə biləcəyi ehtimallarıdır. Nəticədə EUR/USD məzənnəsi də yenidən bahalaşaraq, 1.14$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsəsan qiymət 1.1421$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1.1446 və 1.1500$-a kimi də bahalaşa bilər.

Lakin bununla yanaşı, Avropa da siyasi və iqtisadi risklər diqqət mərkəzində saxlanılmalıdır və avroya olan təzyiqlər yenidən arta bilər.

GBP

GBP/USD məzənnəsində isə bahalaşma güclü olmayıb və 1.28$-a ticarət edilməkdədir. Qiymət 1.2850$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, bahalaşma 1.2950$-a kimi sürətlənə bilər.

İngiltərə höküməti Avropa Birliyi ilə Breksit danışıqlarında kifayət qədər effektiv olmadığı ittihamı ilə təzyiq altındadır. Bu, ölkədə siyasi və iqtisadi riskləri də aktual saxlayır.

TRY

Dünya birjalarında dolların ucuzlaşması Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsinin 5.35TL-yə kimi ucuzlaşmasına səbəb olmuşdur. Dollar/Lirə valyuta cütlüyünün qiyməti 5.30TL-ni də aşağı istiqamətdə qırarsa, 5.18TL-yə kimi də ucuzlaşa bilər.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti 67$-a ticarət edilməkdədir. Qiymət keçən həftə ərzində 65$-a kimi ucuzlaşdıqdan sonra korreksiyaya başlamışdı və 67$-ın üzərində qaldıqca, bahalaşma 72$-a kimi də davam edə bilər.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə, əlvan metallar bazarlarında qızıla olan tələb yenidən artıb. Yeni həftənin ilk sessiyasında 1220$-a (39.2 $/qram) təklif edilən bir unsiya üzrə qiymət, 1227$-ı (39.5 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1236$-a (39.7 $/qram) kimi də bahalaşa bilər.

COP29

www.yenicag.az

3944
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv