İrəvanda strateji GÖRÜŞ: Avropa İttifaqı nəyi müzakirə edəcək?
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüş keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə katiblik açıqlama yayıb.
Bildirilib ki, görüşdə Qriqoryan və Qrono Ermənistan-AB ikitərəfli gündəliyi və münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin, tərəflər Ermənistan və Azərbaycan arasında mövcud sülh prosesi və son regional hadisələr haqqında fikir mübadiləsi aparıblar.
Görüş zamanı Qriqoryan, regional əlaqə və infrastrukturun inkişafına yönəlmiş proqramları təqdim edib, eləcə də Ermənistanın sülhün təsis edilməsinə göstərdiyi səyləri vurğulayıb.
Nəsimi Ələsgərli












