Kayahanın vəsiyyəti açıqlandı

media-hightechnic-468x90

92639Türkiyəli müğənni Kayahan sabah dəfn ediləcək.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Camal Rəşid Rey konsert salonunda mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra sənətçinin cənazəsi Təşvikiyə məscidinə götürüləcək.

Bundan başqa, müğənninin vəsiyyəti də açıqlanıb. O, dəniz mənzərəsi olan məzarlıqda dəfn olunmasını vəsiyyət edib. Bu səbəbdən ailəsi mərhumu İstanbulun Qanlıca qəbiristanlığında dəfn edəcək. Bu məzarlıq dənizə yaxın yerləşir.

Müğənninin digər vəsiyyəti isə dəfn mərasiminə və məzarına gül və çələng gətirilməməsi barədə olub. O, bunun əvəzində Türkiyənin Məhmətçik Vəqfinə ianə edilməsini istəyib.

Qeyd edək ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətkar müalicə aldığı xəstəxanada həyatını itirib. O, tənəffüs çatışmazlığından əziyyət çəkirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600